
Sabiq rusiyalı casus Anna Çapmana Dağlıq Qarabağa səfəri baha başa gəlib.
ANS PRESS-in "1news.az"a istinadla verdiyi məlumata görə, "qızıl casus" ləqəbli Çapmanın səfərini Azərbaycan Xarici İşlər Nazirliyində qanunsuz adlandırıblar.
Nazirliyin mətbuat xidmətinin əməkdaşı Elman Abdullayev rəsmi Bakının işğal altında olan Dağlıq Qarabağa icazəsiz səfər edənlərlə bağlı məsələdə mövqeyinin dəyişilməz qaldığını deyib. "Bu cür səfərləri həyata keçirən şəxslər bizim ölkəmizdə arzuolunmaz şəxslər elan ediləcək".
Qeyd edək ki, A. Çapman "Erməni-rus əməkdaşlığı" qrupunun təşəbbüsü ilə Ermənistan, oradan da Qarabağa gəlib. Çapman İrəvan və Xankəndidə bir sıra görüşlərdə iştirak edəcək.
Anna Çapman da daxil olmaqla rusiyalıları separatçı Dağlıq Qarabağ rejiminin "rəsmiləri" qəbul edib.
Qaynar.info