Xəbər lenti

Sekuta Sankt-Peterburq görüşündən danışdı
Dünya18:24 22.06.2016

Sekuta Sankt-Peterburq görüşündən danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündə əldə olunan müsbət tendensiyanı alqışlayırıq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Səfir bildirib ki, əldə olunmuş müsbət irəliləyiş ABŞ-ın və Minsk qrupunun digər həmsədrlərinin köməkliyi ilə Vyanada keçirilmiş görüşün davamı kimi xarakterizə olunur:

"Minsk qrupunun həmsədri olan ölkələr münaqişə tərəflərini bir araya gətirməyə çalışırlar ki, burada da başlıca məqsəd hərtərəfli sülh sazişinin əldə olunmasına kömək etməkdir".

Qaynarinfo.az