
Hindistanın Mumbay şəhərində şəkil çəkdirərkən əlini dostunun belinə qoymaq, ya da qrup “selfiesi”ndə qucaqlaşmaq cinayət sayılır. Evli olmadan “selfie” çəkdirən cütlüklər isə həbs olunur.
Ailem.az-ın xarici mətbuata istinadən xəbərinə görə, Mumbayda qoyulan “selfie” qadağasına görə evli olmadan “selfie” çəkdirən cütlüklər həbs olunacaq. Artıq 4 nəfər bu qadağanın qurbanı olub.
Alış-veriş mərkəzinin önündə “selfie” çəkdirən cütlük bir-birilə qucaqlaşdığı üçün saxlanılıb. Digər iki nəfər isə qrup “selfie”sində qarşı cinsdən olanlara toxunduqları üçün tutulublar. Həbs olunanlara əxlaqa zidd hərəkət etdikləri üçün pul cəzası verilib.
Qaynar.info