Xəbər lenti

Şəmkirdə 121 min dollarlıq layihə
Ekonomiks10:25 27.05.2014

Şəmkirdə 121 min dollarlıq layihə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şəmkirdə Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşe və Qızıl Ayrapa Cəmiyyətinin prezidenti Novruz Aslanov arasında rayonun 3 kəndinin içməli su təminatının yaxşılaşdırılması ilə bağlı müqavilə imzalanıb.

Qaynar.info-nun Milli.Az-a istinadən verdiyi xəbərə əsasən , Şəmkirin Çənlibel, Qasımalılar və Göyməmməd kəndlərinin sakinlərinin içməli suya olan ehtiyaclarını tam ödəyəcək layihənin dəyəri 121 min 722 ABŞ dollardır. Yaponiyalı səfir, eləcə də "Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı" proqramı çərçivəsində Şəmkirin Sabirkən kəndində inşa edilən tibb məntəqəsinin açılışında da iştirak edir.

Qaynar.info