Rusiyalı hərbi jurnalist Semyon Peqov Ukraynada minaya düşüb.
Qaynarinfo xəbər verir ki, ikinci Qarabağ müharibəsi zamanı ermənipərəstliyi ilə seçilən, "YouTube”da "Wargonzo” layihəsinin müəllifi olan Peqov Donetsk yaxınlığında minaya düşərək yaralanıb.
Donetsk Xəstəxanasına yerləşdirilən Peqovun ayağından yaralandığı bildirilib.