Parisin Sena çayında son 34 il ərzində ən yüksək həddə çatan suyun səviyyəsi enməyə başlayıb.
Daşqın nəticəsində Fransa paytaxtının məşhur muzeyləri bağlanıb.
Qaynarinfo.az BBC-yə istinadən bildirir ki, minlərlə paytaxt sakini evini tərk etməyə məcbur olub.
17 min evin elektrik enerjisindən məhrum olduğu bildirilir.
Daşqınların yetirdiyi ziyanın ümumi həcmi 600 milyon avronu aşıb, sığorta şirkətlərinin AFA qurumu bildirir.
Avropa boyu davam edən daşqınlar nəticəsində 16 adam həyatını itirib. Onlardan 11-i Almaniya vətəndaşıdır.
Ötən gün ərzində tədricən artan suyun səviyyəsi 6.1 metrə çatmışdır.
Fransadan tutmuş Ukraynaya qədər bır sıra ölkədə həftəsonu güclü yağışların yağacağı proqnoz edilir.
Sinoptiklər hesab edirlər ki, bu daşqınların hələ bir müddət davam etməsinə səbəb ola bilər.
Qaynarinfo.az