Xəbər lenti

Senat İsrailin ABŞ silahlarından istifadəsini blokladı
Dünya08:55 17.01.2024

Senat İsrailin ABŞ silahlarından istifadəsini blokladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Senatı Dövlət departamentindən İsrailin ABŞ silahlarından istifadəsinin humanitar standartlara uyğun olub-olmamasına nəzarət etməyi tələb edən qətnamə layihəsini bloklayıb. 
Qaynarinfo AP-yə istinadən xəbər verir ki, təşəbbüsü 11 senator dəstəkləyib, 72 senator əleyhinə çıxıb. 
Sənədin müəllifi senator Berni Sanders olub. O, layihənin İsrailə hərbi yardım göstərməsinə təsir etməyəcəyini bildirib. "İsrailin HƏMAS-ın barbar terror hücumundan qorunmağa mütləq hüququ var... Lakin İsrailin heç bir haqqı yoxdur ki, ABŞ hərbi yardımı ilə bütün Fələstin xalqına qarşı müharibəyə başlasın. Və mənim fikrimcə, məhz bu baş verir”, - deyə siyasətçi izah edib. 
Ağ Ev Sandersin təklifini həyata keçirilməz adlandırıb. "Biz inanmırıq ki, bu qətnamə bu problemləri həll etmək üçün uyğun vasitədir. Və biz hesab etmirik ki, indi uyğun vaxtdır. Açığı, bu, mümkün deyil”, - Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib. 
Nizami Bağırov