Xəbər lenti

Senat Ukraynaya 45 milyard dollarlıq yardım paketinin qəbulunu sürətləndirə bilmədi
Dünya16:03 22.12.2022

Senat Ukraynaya 45 milyard dollarlıq yardım paketinin qəbulunu sürətləndirə bilmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna prezidenti Volodimir Zelenskinin səfəri günü ABŞ Senatı 1,7 trilyon dollarlıq xərclər paketinin qəbulu üçün sürətləndirilmiş prosedurla bağlı razılığa gələ bilməyib. Buraya həm də Ukraynaya 45 milyard dollarlıq yardım daxildir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.
Sürətləndirilmiş prosedur 100 senatorun hamısının razılığını tələb edir. Bununla belə, respublikaçı Mayk Li bu qanun layihəsinin bir hissəsi olaraq, koronavirusun yayılması səbəbindən miqrantların ABŞ-a girişinə qoyulan məhdudiyyətlərin davamlı maliyyələşdirilməsini nəzərdə tutan düzəliş üçün səsvermə təklif edib. Demokratlar buna səs verməkdən imtina ediblər. 
Demokrat senator Kris Kuns bildirib ki, "bütöv bu qanun layihəsi tükdən asılıdır.”
Vəziyyət Konqresi hökumətin müvəqqəti maliyyələşdirilməsi haqqında qanun qəbul etməyə məcbur edə bilər. Bu halda əsas qərarlar Nümayəndələr Palatasına nəzarətin Respublikaçılar Partiyasına keçəcəyi gələn ilə qədər təxirə salınacaq.
Nizami Bağırov