Əkərəsiyyəti alman olan Avropada yaşayan 100-ə yaxın sənətçi, rejissor, aktyor və akademik Afrin hərəkatı ilə bağlı Almaniyanın baş naziri Anqela Merkel və xarici işlər naziri Siqmar Qabrielə açıq məktub ünvanlayıblar.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, müraciətdə Almaniyadan Türkiyənin Afrin hərəkatına qarşı reaksiya verməsi istənilib.
Məktubu imzalayanlardan Ştutqart Moda, Sənət və Media İnstitutunun professoru Piter Ott Türkiyəni Afrində apardığı hərbi əməliyyatlara Almaniyanın səssiz qalmasını tənqid edib. Həmçinin siyasətçilərə Avropa dəyərlərini inandırıcı bir şəkildə müdafiə etmək, o cümlədən demokratiya, beynəlxalq hüquq və insan haqlarının qorunması istiqamətində səylərin artırılması ilə bağlı çağırış edilib.
"Türkiyə hökumətinin Suriyadakı hücuma son verməsi üçün bütün imkanlardan istifadə edilməlidir. Suriyanın Afrin bölgəsində demokratik bir cəmiyyət qurmaq istəyirlər, bu dəstəklənməlidir. Almaniya ümid verən bu inkişafın gölgədəki güclər, xüsusilə də NATO-nun əməkdaşı olan və döyüş texnikaları ilə təmin edilən Türkiyə tərəfindən yerlə bir edilməsinə səssiz qalmamalıdır", - deyə məktubda qeyd olunub.
Məktubu imzalayanlar arasında aktyor Piter Lohmeyer, rejissor Ayşe Polat, aktrisa Maria Şrayder, sənətçi Danyel Rixter, rejissor Yüksel Yavuz və başqaları da var.