Xəbər lenti

Sentyabrda Almaniyaya qeyri-qanuni yollarla 21 mindən çox miqrant daxil olub
Dünya09:16 22.10.2023

Sentyabrda Almaniyaya qeyri-qanuni yollarla 21 mindən çox miqrant daxil olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu ilin sentyabr ayında Almaniyaya qeyri-qanuni yollarla 21 mindən çox insan gəlib. 2016-cı ilin fevral ayından Almaniyada belə dinamika müşahidə olunmayıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Deutsche Welle" nəşri polisə istinadən məlumat yayıb.
KİV-in məlumatına görə, 2016-cı ildəı Almaniyaya 25 650 miqrant daxil olub.  
Sentyabrda miqrantlarla bağlı vəziyyətlə bağlı aktual məlumatı oktyabrın 21-də Daxili İşlər Nazirliyi yayıb. Ümumilikdə, 2023-cü ilin sentyabrında Almaniyada miqrantların sayı 21 366 nəfər artıb.
Nazirlik onu da bildirib ki, son 7 ayda Almaniyaya miqrant axını artıb. Yanvar-sentyabr ayları arasında 92 119 nəfərin ölkəyə qeyri-qanuni yollarla daxil olduğu məlumdur.
Bundan əvvəl 2022-ci ildə Almaniyada rekord sayda qeyri-leqal miqrantın qeydə alındığı məlum olub. 2021-ci illə müqayisədə artım 59,6% təşkil edib. Həmin vaxt ölkəyə 57 637 nəfər daxil olub.
Aydın