Xəbər lenti

SEPAH generalı İsmayıl Qaani İsraili təhdid etdi
Dünya07:30 15.04.2022

SEPAH generalı İsmayıl Qaani İsraili təhdid etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran lazım olan hər yerdə İsrailə qarşı sərt şəkildə duracaq.
Qaynarinfo "Alarabiya” saytına istinadla xəbər verir ki, bu sözləri İran İslam Keşikçiləri Korpusunun (Sepāh-e Pāsdārān-e Enghelāb-e Eslāmi) Qüds qüvvələrinin komandiri general İsmayıl Qaani deyib. 
Mart ayında İran İraqın şimalında yerləşən Ərbil şəhərinə İsrail gizli bazaları hesab etdiyi ərazilərə raket zərbələri endirib.
Hücumun İsrailin Suriyadakı zərbələri nəticəsində ölən iranlı hərbçilərin qisasını almaq məqsədilə edildiyi bildirilir.
"Harda sionist təhlükə görsək, orada onları sərt şəkildə qarşılayacağıq. Onlar bizə qarşı durmaq üçün çox kiçikdirlər”, - İslam Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandiri İsmayıl Qaani deyib.
Komandir İsrailə qarşı döyüşən istənilən qüvvəni dəstəkləyəcəyinə söz verib.
İranla Amerika arasında 2015-ci il nüvə danışıqlarının davam etdiyildiyi dövrdə İran-İsrail münasibətləri yenidən gərginləşir. 
Nurlan Hüseynov