Xəbər lenti

SEPAH komandanı Kaani Bağdada getdi: İran tanınmış şiə liderinə qarşı…
Dünya07:55 08.11.2021

SEPAH komandanı Kaani Bağdada getdi: İran tanınmış şiə liderinə qarşı…

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin komandanı general İsmayıl Kaani təsdiq olunmamış məlumatlara görə Bağdada gedib.
Qaynarinfo xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun xarici əlaqələr iş əsas bölməsinin rəhbərinin İraqa səfəri Tehranın nəzarətində olan qüvvələrin hökumətə qarşı kütləvi aksiyaları, baş nazirin həyatına sui-qəsd və Həşd əş-Şəabi üzvlərinin ölümü fonunda baş verir. 
İyul ayında İraqda şiə yaraqlıları ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın avadanlığının olduğu karvana növbəti hücumu həyata keçirib. Hadisə Di Qar vilayətinin Nəsiriyyə rayonunda baş verib. Maraqlıdır ki, iki gün əvvəl tanınmış şiə lideri Müqtəda əs-Sədr ABŞ Silahlı Qüvvələrinə qarşı hərbi əməliyyatları dayandırmaqla bağlı çağırış edib.
Lakin Bağdada gələn İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbəri, briqada generalı İsmayıl Kaani bu qərarı dəstəkləməyib.
Alpər