Xəbər lenti

SEPAH-la PEJAK toqquşdu: 9 nəfər öldü
Dünya09:56 27.08.2013

SEPAH-la PEJAK toqquşdu: 9 nəfər öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
PKK terror təşkilatının İran qolu sayılan PEJAK rəsmi Tehranla 23 aydır davam edən atəşkəs rejiminin pozulduğunu bildirib.

APA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, təşkilat ötən həftənin sonunda tərəflər arasında silahlı qarşıdurmanın baş verdiyini, nəticədə 9 nəfərin öldüyünü açıqlayıb. Bunlardan 7 nəfəri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH), 3 nəfəri isə PEJAK-ın üzvü olub.
 
Qarşıdurma Türkiyə ilə İraq sərhədi boyunca uzanan “Rojhilat” bölgəsində baş verib. İran mətbuatı hadisə ilə bağlı heç bir xəbər dərc etməsə də, PKK və PEJAK-a bağlı mətbu orqanlar bununla bağlı məlumat yayıblar.
 
Qeyd edək ki, İranla PEJAK arasında 2011-ci ilin sentyabrında atəşkəs rejiminin elan edilməsi barədə qarşılıqlı razılaşma əldə olunub. Hətta SEPAH-ın Quru Qoşunlarının komandanının müavini , general Abdullah İraqi PEJAK-ın İranın bütün şərtlərini qəbul edərək təslim olduğunu və Casusan təpələrindən geri çəkildiyini bildirmişdi. PKK yetkilisi Əhməd Dəniz də SEPAH hərbçilərinin Casusan təpələrinə yerləşməsinin ardından PEJAK-ın atəşkəs rejimi ilə razılaşdığını demişdi.

Qaynar.info