Xəbər lenti

Separatçı məmurun evində qumbara partladı
Dünya08:37 16.02.2014

Separatçı məmurun evində qumbara partladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gürcüstanın seperatçı Cənubi Osetiya ərazisinin "Prezident Administrasiyasının rəhbəri" Boris Çoçiyevin evində qumbara partlayıb. 

Ans Press-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, səhər saatlarında Boris Çoçiyevin Sxinvale bölgəsində yerləşən evinin həyətində əl qumbarası partlayıb. Hadisə zamanı onun ailə üzləri arasında həlak olan və xəsarət alanların olmadığı bildirilir.

Hadisə ilə bağlı qondarma rejimin rəhbərliyiniy nümayəndəsinin verdiyi açıqlamada ciddi dağıntıların olmadığı bildirilib. Açıqlamada hadisə ilə bağlı Təhlükəsizlik Şurasının təcili iclasının keçirildiyi və onun hansı səbəbdən baş verdiyinin araşdırıldığı da bəyan edilib.

Qaynar.info