Xəbər lenti

Separatçı partiyadan azərbaycanlı qadın namizəd - FOTOLAR
Dünya05:19 16.04.2015

Separatçı partiyadan azərbaycanlı qadın namizəd - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə iyunun 7-də keçiriləcək parlament seçkisində namizədlərin siyahısı məlum olub. Anspress-in məlumatına görə, separatçı kürdlərin partiyası Azərbaycan əslli qadının da namizədliyini irəli sürüb. 
Xalqların Demokratiyası Partiyası (HDP) Azərbaycan əslli Kıznaz Türkelini İqdır vilayətindən deputatlığa namizəd göstərib. 
Evində təbrikləri qəbul edən Türkeli azərbaycanlı - kürd birlikdə İqdıra sabih çıxacaqlarını deyib: “Yaşasın xalqların qardaşlığı. Bundan sonra xalqların qardaşlığı danışacaq, rənglərin bəranərliyi danışacaq. Azəri, kürd birlikdə İqdıra sahib çıxacağıq, problemləri birlikdə həll edəcəyik”. 
HDP İqdır şöbəsinin sədri Cesim Katar illərdir bunun həsrətini çəkdiklərini, bu gün ilk dəfə Azərbaycan əslli qadının namizəd göstərildiyini deyib. 
Qeyd edək ki, Kıznaz Türkeli Milliyətçi Hərəkat Partiyasının (MHP) Azərbaycan əslli millət vəkili Sinan Oğanın da dünyaya gəldiyi İqdırın Mələkli kəndindəndir.








Qaynar.info