Dünya 17:48 01.11.2022

Serbiya ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib (SƏBƏB)

Serbiya Silahlı Qüvvələri Kosovo və Metoxiyadakı vəziyyətlə əlaqədar yüksək döyüş hazırlığı vəziyyətindədir.

Qaynarinfo xəbər verir ki, bu barədə Serbiya Müdafiə naziri Miloş Vuçeviç "Happy TV"də bildirib.

O, belə bir əmri Ali Baş Komandan kimi respublika prezidenti Aleksandr Vuçiçin verdiyinə deyib. Nazirin sözlərinə görə, Kosovo və Metoxiyada serb nömrələrini qadağan etməyə başladıqları üçün vəziyyət gərginləşib. Nazir qeyd edib ki, heç kim müharibə etmək istəmir, lakin "ordu istənilən tapşırığı yerinə yetirməyə hazırdır”.

Kosovo hakimiyyəti noyabrın 1-dən serb qeydiyyat nişanlarını dəyişdirməyənləri 150 avro cərimələmək qərarına gəlib. Keçid dövrü 2023-cü il aprelin 21-dək davam edəcək, bundan sonra polis serb nömrəli avtomobillərin müsadirəsinə başlayacağını vəd edib. Buna cavab olaraq Kosovo serblərinin lideri Qoran Rakiç ölkəyə bütün giriş və çıxışları bloklamaqla hədələyib.

Xatırladaq ki, Priştina avqustun 1-dən serb sənədlərini və avtomobil nömrələrini etibarsız hesab etmək istəyib. Əvəzində girişdə 90 günə qədər müvəqqəti arayış verəcəklərini, həmçinin serb nömrəli avtomobillərin məcburi yenidən qeydiyyata alınmasına başlanılması planlaşdırılırdı. Nəticədə iyulun 31-də Serbiya və Kosovo sərhədində atışma baş verib. Ərazidə yaşayan serblər yollarda barrikadalar qurmağa başlayıblar.

Avropa diplomatiyasının rəhbəri Cosep Borellin vasitəçiliyi ilə tərəflər kompromis əldə edə bilib və Kosovo yeni qaydaların tətbiqini təxirə salıb. Məsələ payızda yenidən gündəmə gətirildi.

Kosovo 2008-ci ildə müstəqilliyini elan edib. Hazırda respublika Birləşmiş Ştatlar da daxil olmaqla BMT-yə üzv olan 98 ölkə tərəfindən tanınır. Azərbaycan Kosovanın müstəqilliyini tanımır. 

Nizami Bağırov