Xəbər lenti

Serbiyanın 42 şəhər və rayonunda fövqəladə vəziyyət elan edildi
Dünya 19:42 16.06.2023

Serbiyanın 42 şəhər və rayonunda fövqəladə vəziyyət elan edildi

Serbiyada güclü yağışlardan sonra baş verən sel nəticəsində 42 şəhər və rayonda fövqəladə vəziyyət elan edilib.

Qaynarinfo-nun məlumatına görə, daxili işlər nazirinin müavini və fövqəladə hallar departamentinin rəis müavini Luka Kausiç bildirib ki, dünəndən bəri davam edən güclü yağış nəticəsində ölkə boyu daşqınlar baş verib.

"Serbiyanın 42 şəhər və rayonunda fövqəladə vəziyyət elan edilib. Daha doğrusu, 5 şəhərdə və 23 rayonda bütövlükdə fövqəladə vəziyyət elan etdiyi halda, 12 rayon və 2 şəhərin isə müəyyən hissələrində vəziyyət belədir", deyə nazir müavini qeyd edib.

Mayın 26-dan etibarən yağışların fasilələrlə davam etdiyini və xüsusi qrupların müvafiq bölgələrdə hazrı vəziyyətə olduğunu bildirən Kausiç bu gün səhər saatlarına kimi 55 nəfərin təxliyə edildiyini qeyd edib.

Makva çayının daşması səbəbindən Kralyevo şəhəri yaxınlığındakı İbar şosesindəki körpünün sel nəticəsində zədələndiyini bildirən Kausiç, ölkə daxilində bir çox yolun nəqliyyata bağlandığını deyib.

Bir çox ev və iş yerinin də su altında qaldığını qeyd edən çox sayda çayın daşdığını vurğulayıb.

Serbiya Meteorologiya İnstitutundan verilən açıqlamada yağışların bu gün də davam edəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->