Serbiyanın Tripolidəki səfirliyinin iki əməkdaşı ABŞ Hərbi Hava Qüvvələrinin çümə günü "İslam Dövləti" (İŞİD) terror təşkilatının Liviyadaki düşərgəsinə hava üzərindən vurduğu zərbələr nəticəsində həlak olublar.
TASS xəbər verir ki, bu barədə Serbiyanın xarici işlər naziri İvitsa Daçiç bəyan edib.
O təəssüflə bildirib ki, hava zərbəsi nəticəsində bir sıra xarici vətəndaş həlak olub: "Onların sırasında bizim səfirliyimizin iki əməkdaşı da var".
Qaynar.info