Xəbər lenti

"Hürriyyət" qəzetindən Sərdar Cəlaloğlunun qalmaqallı xəbərinə reaksiya (YENİLƏNİB)
Siyasət10:15 07.01.2020

"Hürriyyət" qəzetindən Sərdar Cəlaloğlunun qalmaqallı xəbərinə reaksiya (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun hurriyyet.org saytında yayımlanan "Tapşırıqları Əli Həsənovdan alırdım" başlıqlı qalmaqallı yazı ilə bağlı məsələyə aydınlıq gətirilib.
Hürriyet.orq saytının təsisçisi Vüqar Məmmədov yayılan materialla bağlı bildirib ki, bu, təxribatdır: "Saytımız haker hücumuna məruz qalıb. Sayta kənar müdaxilə ilə bizim adımızdan əleyhimizə materiallar yerləşdirilir. Bir neçə gün əvvəl də saytımızı dağıtmağa cəhd etmişdilər. Bununla bağlı DTX, Baş Prokurorluq və Rabitə Nazirliyinə müraciət olunub".
Saytın Baş redaktoru Anar Həsənli də qeyd edib ki, adıkeçən material redaksiya tərəfindən hazırlanmayıb və sayta kənar müdaxilə ilə yerləşdirilib.
Qeyd edək ki, xəbərin sensasion məzmunu və S.Cəlaloğlunun qardaşı Vüqar Məmmədovun rəhbəri olduğu saytda olması materialın digər mətbuat orqanlarında, o cümlədən Qaynarinfo-da yayılmasına səbəb olub.
Xatırladaq ki, adıçəkilən materialda Sərdar Cəlaoğlunun dili ilə uzun illər Azərbaycan Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovdan tezislər aldığı qeyd olunurdu.