Xəbər lenti

Sergey Lavrov NATO-nu təhdid etdi: "Cavabsız qoymayacağıq"
Dünya11:40 07.11.2018

Sergey Lavrov NATO-nu təhdid etdi: "Cavabsız qoymayacağıq"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İspaniyanın paytaxtı Madriddə NATO-nun fəaliyyətindən söz açıb.
Qaynarinfo xəbər verir ki, Lavrov Rusiya sərhədində hərbi qüvvələrini artıran NATO üzvləri barədə danışıb:
"Ordular arasında dialoq qurmaq lazımdır, lakin NATO bundan qaçır. Həyat bir gün təşkilatı Rusiya ilə dialoqa məcbur edəcək. NATO üzvü qonşularımızın sərhəddə hərbi varlığını inkişaf etdirmək istiqamətindəki addımlarını cavabsız qoymayacağıq. Bu, Rusiyanın təhlükəsizliyini təhdid edir və yeni NATO üzvlərinin torpaqlarında daimi hərbi qüvvə saxlamasının qarşısını almaq üçün imzalanan Rusiya-NATO razılaşmasını pozur".
Gülşən