"Aydındır ki, Üçüncü Dünya Müharibəsi yalnız nüvə müharibəsi ola bilər. Amma mən diqqətinizi ona yönəldirəm ki, nüvə müharibəsi fikri rusların deyil, daim Qərb siyasətçilərinin başında fırlanır. Buna görə də, sizi əmin edirəm ki, hansısa təxribatın bizim müvazinətimizi pozmasına imkan verməyəcəyik”.
Qaynarinfo xəbər verir ki, bu sözləri Lavrov Rusiya və xarici KİV-ə müsahibəsində bildirib.
Lavrov Rusiyaya qarşı müharibə planlarının qurulduğuna inandığını vurğulayıb.
"Əgər onlar bizə qarşı real müharibəyə başlasalar, bu cür plan quranlar yəqin ki, bu barədə düşünməlidirlər. Mənim fikrimcə, onlar yaxşı-yaxşı fikirləşəcəklər", - Lavrov Rusiya və xarici mediaya müsahibəsində deyib.
Lavrov bildirib ki, Rusiya nüvə silahından istifadə məsələsində nüvə silahının istifadəsinin parametrləri və şərtlərini təsvir edən hərbi doktrinasını rəhbər tutacaq.
"Ancaq indi nüvə müharibəsi ilə bağlı söhbət gedir. Sizdən verilən açıqlamalara və bu bəyanatları verən personajlara çox diqqətlə baxmağınızı xahiş edirəm. Birincisi, cənab Stoltenberq... Bundan sonra cənab Zelenski bəyan etməyə başladı. O, qeyri-nüvə dövləti statusundan imtina edəcəyini bildirib”.
Rusiya xarici işlər naziri deyib ki, Rusiya Qərb ölkələri ilə yalnız bir-birinin maraqlarını nəzərə almaq əsasında dialoqa hazırdır.
Alpər