
Suriya sərhədində qarşıdurmaların daha da kəskin xarakter alması Türkiyə F-16 təyyarələrini də hərəkətə gətirib.
Axar.az xəbər verir ki, 4 F-16 hərbi təyyarəsi təcili çağırış üzərinə sərhədə doğru uçub.
Diyarbəkırdən havaya qalxan F-16-ların şərhəddə kəşfiyyat uçuşları aparacağı və çəkilən görüntülərin mərkəzə ötürüləcəyi bildirilib.
Sərhəddə kəşfiyyat uçuşları aparacaq qırıcı təyyarələr baş verəcək hadisələrə müdaxilə etmək səlahiyyətini özündə ehtiva edir.
Qaynar.info