Xəbər lenti

Sərhəddə güclü partlayış: 45 ölü
Dünya16:09 02.11.2014

Sərhəddə güclü partlayış: 45 ölü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Pakistan-Hindistan sərhədində güclü partlayış baş verib. ANS PRESS-in məlumatına görə, partlayış sərhəddə yerləşən Vaqax məhəlləsində törədilib. Terrorçu-kamikadzenin törətdiyi partlayış zamanı 45 nəfər ölüb, 100-dən çox adam isə yaralanıb.
Yaralılardan ikisinin uşaq olduğu bildirilir. Yaralıların əksəriyyətinin vəziyyəti ağırdır. Onlar xəstəxanaya yerləşdiriliblər.
Terror aktının törədilməsini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Qeyd edək ki, Pakistan-Hindistan sərhədində bu il gərginlik xeyli artıb.
Qaynar.info