Xəbər lenti

Sərhədpozucu qaçdı, general vəzifəsindən azad edildi
Dünya13:07 31.07.2020

Sərhədpozucu qaçdı, general vəzifəsindən azad edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cənubi Koreyada sərhəd təhlükəsizliyindən məsul olan birliyin komandiri general-mayor Baek Qeonq şimali koreyalı bir sərhədpozucunun 7 dəfə kameralara düşməsinə baxmayaraq, üzərək ölkəsinə geri qayıtmasının qarşısını ala bilmədiyi üçün vəzifəsindən azad edilib.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, onunla yanaşı bir sıra yüksək rütbəli zabitlər barəsində də cinayət işi açılıb. Cənubi koreyalı rəsmilər Kim soyadlı 24 yaşlı şəxsin 3 il öncə yenə üzərək Cənubi Koreyadan eyni şəkildə qaçdığını Şimali Koreyanın ötən həftəki açıqlamasından sonra öyrəniblər.
Şimali Koreya bu şəxsin koronavirus daşıdığına əsaslı şübhələr olduğunu açıqlamış və sərhəddəki Kaesonq şəhərinin karantin altına alındığını elan etmişdi.
Cənubi koreyalı rəsmilərin sözlərinə görə, Şimali koreyalı bir qadına təcavüz ittihamı ilə barəsində cinayət işi açılan Kim iyulun 18-də yerli vaxtla 03:00 radələrində sərhədə yaxın Qanqva adasında məftillərin altındakı su borusuna girib və iki ölkəni ayıran Sarı Dənizə keçib.
Camal