"Sabah yox, o biri gün müxalifət lideri olan İşxan Sağatelyanın bununla bağlı nə deyəcəyini eşidəcəksiniz”.
Qaynarinfo 168.am-a istinadla xəbər verir ki, bu sözləri dünən Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan jurnalistlərin xalq hərəkatının arzu olunan nəticələrinin olub-olmayacağı sualına cavab verərkən deyib.
Sarkisyanın bu ifadəsi sosial şəbəkələrdə müxtəlif şərhlərə səbəb olub. Bəzi siyasi şərhçilər iddia edir ki, Serj Sarkisyan İşxan Sağatelyanı müxalifətin lideri adlandırmaqla hərəkatın məğlubiyyətinə görə məsuliyyəti İşxan Sağatelyan və Robert Köçəryanın üzərinə qoyur.
Həqiqət budur ki, bugünkü vəziyyətdə müxalifətin lideri həqiqətən də İşxan Sağatelyandır. Əslində elə onun istədiyi də bu deyildimi? Meqafonu əlinə aldı, müxalifət hərəkatına rəhbərlik edir, onda lider deyilsə, bəs bu nədir? Düzdür, ilk baxışda belə görünürdü ki, lider Vanetsyan idi, çünki meydanda oturaq aksiyaya o başlayıb. Sonra İşxan Sağatelyan peyda oldu və Vanetsyana "sən oturaq aksiyanı davam etdir, mən isə yeriyəcəm və insanları "nicat”a aparacağam”, - deyib meydanda aktivliyi ələ aldı. Və hələ də yeriyir və xilas etməyə yollar axtarır. Vanetsyan artıq meydanda deyil, üstəlik respublikaçılar çadırlarında gizlənirlər və heç nə etmirlər, İşxan Sağatelyan isə hər gün Nikolun tezliklə gedəcəyini bəyan edir. İndi bu vəziyyətdə Serj Sarkisyan da çox sadə və spekulativ bir söz dedi: "Müxalifətin lideri İşxan Sağatelyandır”. Bununla da Serj Sarkisyan, əslində, həm Vanetsyanı, həm də digər uğur qazana bilməyən mümkün "xilaskarları” təmizləyərək, bütün yükü və məsuliyyəti İşxanın çiyninə qoyub. İndi isə top müxalifətin lideri elan edilən İşxan Sağatelyanın əlindədir, sadəcə, ona avtoqol vurmaq qalır. Sağatelyan isə hələ də Nikolun əşyalarını yığıb getməyini və əgər getməsə, onu zorla yola salacaqlarını bildirməkdə davam edir.