
İstanbuldan Fəthiyəyə gedən avtobus qəzaya düşüb.
“Qafqazinfo” Ria-Novosti-yə istinadən xəbər verir ki, avtobusun çevrilməsi nəticəsində qadınlar və uşaqların da daxil olduğu 52 sərnişin xəsarət alıb. Onların içində 6 əcnəbi vətəndaşın olduğu bildirilir.
Yaralılardan iki nəfərin vəziyyəti ağır qiymətləndirilir.
DHA agentliyinin ilkin məlumatına görə qəzaya səbəb sürücünün sükan arxasında yatması göstərilir.
Qaynar.info