Xəbər lenti

Sərnişin avtobusu yandı: 8 ölü, 14 yaralı
Dünya07:04 03.10.2013

Sərnişin avtobusu yandı: 8 ölü, 14 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Amerika Birləşmiş Ştatlarının Tennesi ştatında sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzasında azı 8 nəfər ölüb, daha 10 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Anspress-in "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, polis hadisənin yol hərəkəti qaydalarının kobud şəkildə pozulması nəticəsində baş verdiyini bildirib. 

Şimali Karolina ştatından hərəkət edən sərnişin avtobusu Cefferson-Siti şəhəri ərazisində əks zolağa girərək, yük maşınına çırpılıb. Zərbənin təsirindən avtobus çevrilib və alışaraq yanıb.

Hadisə yerinə 20 təcili tibbi yardım maşını və xilasetmə xidmətinin 5 helikopteri cəlb edilib. Qəzanın hansı səbəbdən baş verdiyi araşdırılır. İlkin ehtimallara görə, avtobusun əks yola çıxmasına onun təkərinin partlaması səbəb olub.

Qaynar.info