Adətən hava yolu ilə səyahət edən insanlar düşünür ki, əgər təyyarə sadəcə yüksəlməyə davam etsə, buludları geridə qoyaraq kosmosa çata bilər. Lakin bu, mümkün deyil.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, təyyarə, əslində, "hava gəmisi"dir. Onun işləməsi üçün hava lazımdır: qanadların qaldırıcı qüvvə yaratması və mühərriklərin işləməsi üçün oksigen tələb olunur. Əgər hava yoxdursa, təyyarə sadəcə hərəkətini inersiya ilə davam etdirən alüminium parçasına çevrilir.
Atmosferin xüsusiyyətləri də nəzərə alınmalıdır: yüksəklik artdıqca hava seyrəlir, təzyiq və temperatur azalır. Bu səbəbdən təyyarə daha sürətli uçmalı olur. Lakin sərhəd var - təyyarə istənilən qədər sürətlənə bilmir, çünki müəyyən həddən sonra konstruksiya dağılacaq.
Diplomlu uçuş planlaşdırma dispetçeri Anastasiya Troya bildirir ki, sərnişin təyyarələrinin uçuş hündürlüyü orta hesabla 9-12 km-dir. Bəzi modellər 18 km yüksəklikdə uça bilər, lakin bundan yuxarı qalxmaq mümkün deyil.
Məsələ yalnız hündürlükdə deyil, sürətdədir. Təyyarələrin orta sürəti 700-900 km/saatdır. Halbuki kosmosa çıxmaq üçün 25-30 min km/saat sürət lazımdır.
Troyanın sözlərinə görə, əgər pilot təsəvvürən yüksəlməyə davam etsə, nəticə eyni olacaq – təyyarə düşəcək. Yüksəklik artdıqca havadakı oksigen azalır. Oksigen olmadan nə qaldırıcı qüvvə, nə də mühərriklərin işi mümkündür. Kosmosda oksigen olmadığından sərnişin təyyarəsi oraya çata bilməz.
Ekspert əlavə edir ki, real şəraitdə sərnişin təyyarəsi Yer atmosferini heç vaxt tərk edə bilməz.
Aydın
Şərhlər