Xəbər lenti

Sərnişin təyyarəsində yanğın: yaralılar var - VİDEO
Dünya17:19 27.05.2016

Sərnişin təyyarəsində yanğın: yaralılar var - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaponiyanın paytaxtı Tokioda Beynəlxalq hava limanında ciddi təhlükə yaşanıb.
Qaynarinfo.az atv.az-a istinadən xəbər verir ki, Cənubi Koreya hava yollarına məxsus təyyarənin mühərrikində yanğın baş verib. Dərhal hərəkətə keçən xilasedicilər, göyərtədəki 302 sərnişin və 17 ekipaj üzvünü təxliyə edib. Məlumata görə, hadisə zamanı 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Lakin rəsmilər, hələ ki, bu məlumatı təsdiqləməyib.
Əraziyə cəlb olunan yanğınsöndürənlər, alovun genişlənməsinin qarşısını almaq üçün xeyli səy göstərib. Bir neçə saatdan sonra yanğını nəzarət altına almaq mümkün olub.
Məlumata görə, hadisə Tokio-Seul marşrutu üzrə uçmağa hazırlaşan laynerin, havaya qalxmazdan bir neçə dəqiqə əvvəl baş verib. Hava limanı rəsmiləri bildirib ki, əgər yanğın bir qədər gec qeydə alınsaydı, nəticə dəhşətli ola bilərdi. Çünki həmin vaxt təyyarənin havada olması, faciəni qaçılmaz edəcəkdi.
Hava limanında baş verən yanğın zamanı, bütün uçuşlar müvəqqəti təxirə salınıb. Zolağa giriş-çıxışlar tamamilə bağlanıb. Hadisənin texniki nasazlıq üzündən baş verdiyi ehtimal edilir.
Qaynarinfo.az