Xəbər lenti

Sərnişin və baqaj daşınması ilə bağlı qaydalara dəyişiklik edilib
Ölkə05:12 05.08.2017

Sərnişin və baqaj daşınması ilə bağlı qaydalara dəyişiklik edilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na dəyişiklik edib.

"Qaynarinfo" xəbər verir ki, bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Qərara əsasən, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın 9.5-ci bəndində “Taksilərin dayanacaq yeri” sözləri “Minik taksilərinin duracaq yeri” sözləri ilə və “edə bilər” sözləri “etməlidir” sözü ilə əvəz edilib. Dəyişikliklərlə sifariş gözləyərkən daşıyıcı taksi minik avtomobilləri üçün nəzərdə tutulmuş “Minik taksilərinin duracaq yeri” yol nişanı ilə işarələnmiş dayanacaqlardan istifadə etməlidir.

Qaynarinfo.Az