
İran Şərqi Azərbaycan vilayətində zəlzələ olub. Anspress-in məlumatına görə bu barədə İranın Seysmologiya Mərkəzindən açıqlama veriblər.
Açıqlamada bildirilib ki, zəlzələ ölkənin Şərqi Azərbaycan vilayətinin Şəhərbiyan, Basmanj bölgələrində qeydə alınıb. Yeraltı təkanların Fars, Kerman vilayətlərinin ərazisində də baş verdiyi bildirilir.
Şərqi Azərbaycan vilayətində baş verən yeraltı təkanın maqnitudası 2.5 olub. Zəlzələ yerin 10 km dərinliyində baş verib.
Fars və Kerman vilayətlərində baş verən zəlzələnin maqnitudasının 3.0 olduğu bildirilir.
Qaynar.info