Xəbər lenti

Sərxoş maral evə hücum etdi
Dünya13:24 26.09.2017

Sərxoş maral evə hücum etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İsveçin paytaxtı Stokholmda çürük almaları yeyəndən sonra sərxoş olan maral şüşə qapını qıraraq evə hücum edib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, şəhərin cənubunda yerləşən Rönninqe məhləsində baş verən hadisə barədə danışan Stokholm Polis İdarəsinin sözçüsü Anna Vestberq bildirib ki, maralın fermentləşmiş almanı yeyərək sərxoş olması təxmin edilir. Sərxoş heyvan aqressivləşib və evə hücum edib. Xoşbəxtlikdən yaralanan olmayıb, lakin evdə iki otağa zərər dəyib. 

Polis maralı hadisə yerindən uzaqlaşdırıb.

Qeyd edək ki, çürümüş meyvələrdə yaranan spirt heyvanların sərxoş olmasına səbəb olur. Qoteborq şəhərində 5 il əvvəl sərxoş maral alma bağçasında asılmış vəziyyətdə qalmış, 2 il əvvəl isə 5 sərxoş maral bir villaya hücum edərək qapını qırmışdı.

Gülşən

Qaynarinfo.Az