Sağlamlıq 20:33 15.11.2022

Sərxoş olanda niyə daha çox siqaret çəkmək istəyirik?

Sərxoş olanda insanlar adi haldan çox siqaret çəkirlər. Moskva Səhiyyə Departamentinin Moskva Elmi-Praktik Narkologiya Mərkəzinin Tütün və Qeyri-Kimyəvi Asılılıqların Profilaktikası və Müalicəsi Mərkəzinin rəhbəri Oleq Kutuşev bu fenomenin səbəbləri haqqında danışıb.

Qaynarinfo bu barədə lenta.ru-ya istinadla xəbər verir.

Narkoloqun izahına görə, sərxoş olduqda yuxululuq baş verir, buna görə də sərxoş insan stimullaşdırma ehtiyacını hiss etməyə başlayır. Nikotin isə spirtin sakitləşdirici təsirini azaldır.

Bundan əlavə, həkim qeyd edib ki, alkoqol asılılığından əziyyət çəkən bir çox insanlarda nikotin asılılığı da yaranır.

"Alkoqol və nikotindən birgə sui-istifadə dopamin istehsal edən beyin reseptorlarının stimullaşdırılması ilə bağlıdır", - bir mütəxəssis qeyd edib.

Alpər