Merove bəndində baş verən qəza səbəbindən Sudanın böyük hissəsində elektrik enerjisi kəsilib. Merove bəndi Sudanın əksər bölgələrini elektrik enerjisi ilə təmin edir. Bir neçə şəhər və rayon istilik elektrik stansiyalarından enerji alır. Qəzaya nəyin səbəb olduğu məlum deyil.
Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant” "Əl-Rakoba” qəzetinə istinadən
yazır.
"Əl-Rakoba” qəzeti aydınlaşdırır ki, Sudanın elektrik sektoru 2021-ci ilin oktyabrında baş vermiş hərbi çevrilişdən sonra təmir problemləri ilə üzləşib. Bu səbəbdən sektorun işini davam etdirmək üçün Sudana göndərilən bütün lazımi yardımlar dayandırılıb. Bunun fonunda bu sənaye müəssisələrinin işçiləri silsilə tətillər keçiriblər. Onlar maaşların kəsilməsindən şikayətləniblər. Bir ay əvvəl yerli hakimiyyət onların tələblərini təmin edib.
Keçən ilin payızında Sudan hərbçiləri keçid hökumətinin bir sıra nazirini, o cümlədən müvəqqəti baş nazir Abdullah Hamdoku həbs ediblər. Ordunun baş komandanı Əbdülfəttah əl-Burhan ölkədə fövqəladə vəziyyətin tətbiq edildiyini, habelə nazirlər kabinetinin buraxıldığını elan edib. Bundan sonra Sudanda mülki idarəçiliyin qaytarılması tələbi ilə etirazlar başlayıb. May ayında ölkədə fövqəladə vəziyyət ləğv edilib.
Nizami Bağırov
Şərhlər