
Qaynar.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, ümumiyyətlə 5 milyon 149 min 255 bülleten çap olunacaq. Çap olunmuş bülletenlər Dairə Seçki komissiyalarına sentyabrın 30-da təhvil veriləcək. Bülletenlərin çap olunması prosesinə nəzarətçi kimi beynəlxalq müşahidəçilər də dəvət olunub.
Ümumilikdə, çap prosesinə isə Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşları nəzarət edəcək.
Qaynar.info