Xəbər lenti

Səudiyyə bu obyektlərdə alkoqol istifadəsinə icazə verəcək
Dünya 22:25 25.05.2025

Səudiyyə bu obyektlərdə alkoqol istifadəsinə icazə verəcək

2026-cı ildən Səudiyyə Ərəbistanı Krallığında 600 turizm məkanında alkoqollu içkilərin istehlakına icazə veriləcək.

AZƏRTAC "travelandtourworld” saytına istinadla xəbər verir ki, siyahısı qabaqcadan müəyyənləşdirilmiş turizm obyektlərində məhdud miqdarda alkoqol – pivə və şərab istehlakı mümkün olacaq.

Saytın məlumatına görə, icazə beşulduzlu hotellərin və kurortların, xarici markalarla tərəfdaşlıq edən icazəli turizm kəndlərinin daxilində tətbiq olunacaq.

İctimai yerlərdə, pərakəndə satış məkanlarında, vətəndaşların evlərində alkoqol satışı və istifadəsi qadağan olaraq qalacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı "2030-cu il: Gələcəyə baxış” proqramı çərçivəsində turizmin ÜDM-də payını 10 faizə çatdırmağı və ildə 100 milyon turisti cəlb etməyi planlaşdırır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->