Xəbər lenti

Səudiyyə əməliyyatlara son verir
Dünya18:00 17.03.2016

Səudiyyə əməliyyatlara son verir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaxın gələcəkdə Yəməndəki əməliyyatlar sona çatacaq.
Axar.az xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanı koalisiyasının sözçüsü Əhməd Asiri deyib.
O bildirib ki, Səudiyyə Ərəbistanı ilə Yəmən sərhədindəki iğtişaşlar dayanmaq üzrədir:
“Hazırda biz Yəməndəki əməliyyatların son mərhələsini yaşayırıq. Lakin Yəmən hökumətinin böyük dəstəyə ehtiyacı var. Yəməndə problemlər bir aya həll edilməyəcək. Bu ölkə problemlərlə təkbətək buraxılmamalıdır”.
Qeyd edək ki, 2014-cü ilin martında husilər hökumət əleyhinə genişmiqyaslı etiraz aksiyalarına start verdi. Bu hadisələrdən sonra Səudiyyə Ərəbistanının başçılıq etdiyi sünni koalisiyası Yəmən hökumətinə dəstək üçün əməliyyatlara başladı.
Qaynar.info