Səudiyyə Ərəbistanı günahsız insanların terror təşkilatlarına qarşı müdafiəsi çərçivəsində bütün ölkələrin əməkdaşlıq etməsini istəyir.
Qaynarinfo bu barədə SPA-ya istinadən xəbər
verir.
Çərşənbə axşamı, səhər Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi ABŞ prezidenti Co Baydenin Əl-Qaidə liderinin ölümünü təsdiqləyən bəyanatını alqışlayaraq, beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb və terrorizmlə mübarizə üçün səylərin cəmlənməsini vurğulayıb.
Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyinin (SPA) məlumatına görə, bu ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Əymən əz-Zəvahiri terrorizmin liderlərindən biri olub, Amerika, Səudiyyə Ərəbistanı və digər ölkələrdə terror əməliyyatlarına rəhbərlik edib. Müxtəlif millətlərdən və dinlərdən olan minlərlə günahsız insan, o cümlədən Səudiyyə Ərəbistanı vətəndaşları qətlə yetirilib.
Qeyd edək ki, Əl-Qaidə liderlərinin və üzvlərinin əksəriyyəti Səudiyyə Ərəbistanından olub və bu ölkənin krallığının süqutunu istəyiblər.
M.Arif