
Səudiyyə Ərəbistanı BMT TŞ üzvlüyündən imtina edib.
Qaynar.info Əl-Ərəbiyyə telekanalına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı kralığı BMT Təhlükəsizlik şurası üzvlüyündən omtina edərək bu qurumun işində iştirak etməyəcəyini bəyan edib.
Telekanalın xəbərində Səudiyyə hakimiyyətinin adı çəkilən qurumun dünyadakı total və lokal konflikləri həll etməkl gücündə olmadığını əsas gətirərək, onun işində iştirak etməmək haqda qərar qəbul etdiyi bildirilir.
Qeyd edək ki, bu qərar Təhlükəsizlik Şurasına göstərilən ilk etimadsızlıqdır və qurumun imicinə ciddi zərbə vurduğu fikrini dünyanın əksər analitikləri dəstəkləyirlər.
Qaynar.info