Xəbər lenti

Səudiyyə Ərəbistanı: "Bu müharibə elanıdır"
Dünya06:37 31.07.2017

Səudiyyə Ərəbistanı: "Bu müharibə elanıdır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səudiyyə Ərəbistanı Qətərin Kəbəyə beynəlxalq status verilməsi tələbini "müharibə elanı" kimi dəyərləndirib.

"Qaynarinfo" xəbər verir ki, "Əl Ərəbiyyə" televiziyasına danışan Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl Cübeyr "Qətərin Kəbəni beynəlxalq bölgəyə çevirmək tələbi təcavüzkar təklifdir və krallığa savaş elanıdır" deyib. 

Qeyd edək ki, Qətərin belə bir tələblə çıxış edib-etməməsi barədə rəsmi açıqlama yoxdur. Lakin rəsmi Doha Səudiyyə hökümətini Həcc ziyarətini siyasiləşdirməkdə ittiham etmiş, ziyarət üçün müraciət edən qətərlilərə əngəllər yaradıldığını deyərək BMT-yə şikayət etmişdi.

Gülşən

Qaynarinfo.Az