Xəbər lenti

Səudiyyə Ərəbistanı şahzadəsi edam ediləcək
Dünya08:16 30.12.2013

Səudiyyə Ərəbistanı şahzadəsi edam ediləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səudiyyə Ərəbistan cinayətdə ittiham olunan kral ailəsi üzvünü edam etməyə hazırlaşır.

Qaynar.info
xəbər verir ki, vəliəhd, baş nazirin müavini və müdafiə naziri şahzadə Salman adı açıqlanmayan şahzadənin edamının təsdiqləndiyini bildirib.

Şahzadə Salmanın məsələ ilə bağlı daxili işlər nazirinə göndərdiyi məktub ərəb mətbuatında yayımlandı. Məktubda şəriətin ayrı-seçkilik olmadan hər kəsə tətbiq olunacağı bildirilib.

Bir müddət əvvəl kral Abdulla tərəfindən verilən fərmanda zərərçəkən şəxsin ailəsi ilə şübhəli şəxs arasında razılaşma olmazsa şahzadəyə edam cəzasının verilməsini istəmişdi. Öldürülən şəxsin atası şahzadəni bağışlamayıb və verilən qan pulunun az olduğunu iddia edərək istəməmişdi.

Qaynar.info