Xəbər lenti

Səudiyyə Ərəbistanı son 26 ildə ən böyük neft qiymət endirimini elan etdi
Dünya 17:42 06.07.2026

Səudiyyə Ərəbistanı son 26 ildə ən böyük neft qiymət endirimini elan etdi

Səudiyyə Ərəbistanı son 26 ildə əsas neft markası üzrə ən böyük qiymət endirimini elan edib. 

Qayanrinfo xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi "Saudi Aramco" dövlət neft şirkətinin qiymət cədvəlinə istinadən məlumat yayıb.

Məlumata görə, avqust ayında Asiya bazarındakı alıcılar üçün Arab Light markalı neftin qiyməti bir barel üçün 11 ABŞ dolları təşkil edəcək.

Bu qiymət regional etalon göstərici ilə müqayisədə 1,50 ABŞ dolları məbləğində endirim nəzərdə tutur. Endirimin həcmi "Bloomberg"in sorğusunda iştirak edən analitiklərin proqnozundan daha yüksək olub.

Agentliyin məlumatına görə, Yaxın Şərq mənşəli neftin qiymətləri regiondan tədarük həcminin artacağı gözləntiləri fonunda aşağı düşür. Bu tədarükün Asiyadakı neft emalı zavodlarının tələbatını üstələyə biləcəyi bildirilir.

"Saudi Aramco" İranla müharibə dövründə məhdudlaşdırılan Fars körfəzindəki Ras-Tənnura limanından ixracı bərpa etdikdən sonra neft göndərişlərini müharibədən əvvəlki səviyyənin təxminən 90 faizinə çatdırıb.

Qeyd olunur ki, neft qiymətləri iyunun ortalarından etibarən İran və ABŞ arasında hərbi əməliyyatların dayandırılması və Hörmüz boğazının yenidən açılması ilə bağlı əldə olunan razılaşmadan sonra ucuzlaşmağa başlayıb.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->