Xəbər lenti

Səudiyyə Ərəbistanı trilyon dollarlıq iqtisadiyyatlar klubuna daxil olur
Dünya08:20 09.08.2022

Səudiyyə Ərəbistanı trilyon dollarlıq iqtisadiyyatlar klubuna daxil olur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səudiyyə Ərəbistanı bu il trilyon dollarlıq iqtisadiyyatlar klubuna daxil olmağa hazırlaşır. 
Qaynarinfo bu barədə "Indipendent"ə istinadən xəbər verir.
"Forbes”in hesablamalarına görə, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Səudiyyə Ərəbistanının neft gəlirlərinin artması iqtisadiyyatının trilyon dollara çatmasına kömək edib.
Beynəlxalq Valyuta Fondunun hesabatında bildirilir ki, 2021-ci ildə 18 ölkənin ümumi daxili məhsulu bir trilyon dollardan çox olub. Siyahıya 23 trilyon dollarlıq iqtisadiyyatı ilə ABŞ başçılıq edir. ABŞ-dan sonra Çin 17,5 trilyon dollarla ikinci, Yaponiya isə 4,9 trilyon dollarla üçüncü yerdədir.
Fevral ayında Rusiyanın Ukraynaya təcavüzündən və Səudiyyə Ərəbistanı ilə Rusiya arasında neft hasilatını məhdudlaşdırmaq üçün OPEC+ neft ixracatçıları qrupu vasitəsilə razılaşdırılan əməkdaşlıqdan sonra qiymətlərdə artım tendensiyası nümayiş etdirib. 2022-ci ilin ikinci rübündə Ər-Riyadın büdcə profisiti 20,8 milyard dollar olub. Neft gəlirləri isə əvvəlki illə müqayisədə demək olar ki, 90% artıb.
Ölkə hökumətinin iyulun 31-də açıqladığı məlumatlar göstərir ki, ikinci rübdə iqtisadiyyat ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,8 faiz, neft sektoru 23,1 faiz, qeyri-neft sektoru isə 5,4 faiz artıb.
Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, bütün il ərzində iqtisadi artım 7,6% olacaq və Səudiyyə Ərəbistanının ümumi daxili məhsulunun dəyərini 1040 milyard dollara çatdıracaq.
"Capital Economics" konsaltinq şirkəti avqustun 1-də dərc etdiyi məlumatda iqtisadiyyatın 2022-ci ildə 10 faiz artacağını qeyd edib.
Böyük Britaniyada yerləşən Oksford İqtisadiyyat İnstitutu da Səudiyyə Ərəbistanının iqtisadiyyatının 2022-ci ildə 1 trilyon dollar həddini keçəcəyini gözləyir. 
M.Arif