
Səudiyyə Ərəbistanı vəliəhdi şahzadə Məhəmməd İbin Salman Yəməndəki müharibəyə son qoymaq istəyir.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın İsraildəki keçmiş səfiri Martin İndik və Birləşmiş Ərəb Əmirlikləri səfiri Yusif Otayba arasındakı email yazışmalarında Salmanın Yəməndəki müharibəni sonlandırmaq istədiyi vurğulanır. Yazışmalarda Səudiyyə şahzadəsinin ABŞ - İran əlaqələrinə də müsbət yanaşdığı deyilir.
Qeyd edək ki, şahzadə Salman 2015-ci ildə Yəməndəki müharibəyə müdaxilə tərəfdarlarından olmuşdu. Hazırda isə İrana qarşı düşmən mövqeyi ilə diqqət çəkir.
Gülşən
Qaynarinfo.Az