Səudiyyə Ərəbistanının bəzi yerlərində onilliklər ərzində ilk dəfə qar yağıb.
Qaynarinfo Anadolu Agentliyinə istinadən xəbər verir ki, 18 dekabrda ölkənin şimal-qərbində və mərkəzi hissələrində qar yağışı qeydə alınıb.
Yerli media Ər-Riyadda və ətraf ərazilərdə qar yağmasını nadir hal adlandırıb. Bu arada, "Əl-Ərəbiyyə" belə bir hadisənin təxminən 30 ildir baş vermədiyini bildirib.
Qar yağmazdan əvvəl sinoptiklər temperaturun kəskin düşməsi barədə xəbərdarlıq etmişdilər. Agentlik əlavə edir ki, ölkənin bəzi ərazilərində dolu və güclü ildırım səbəbindən qırmızı və narıncı hava xəbərdarlıqları verilib.
Məqalədə deyilir: "Ərəb ölkələrində soyuq hava və güclü yağışlarla müşayiət olunan şiddətli hava depressiyası (nisbətən aşağı atmosfer təzyiqi) müşahidə olunur, bəzi ərazilərdə qar yağışı ilə müşayiət olunur".
Aydın
Şərhlər