Səudiyyə Ərəbistanı dünyanın qapalı ölkələrindən biridir. Düzdür, hər il milyonlarla insan bu Asiya dövlətinə Həcc ziyarətinə gedir. Amma belə ziyarətlər ölkənin gerçək üzünü görməyə kömək olmur.
Bəs Səudiyyə Ərəbistanında necə və neçəyə yaşayırlar? Bizimyol.info bəzi rəqəmləri nəzərinizə çatdırır.
Səudiyyə Ərəbistanında orta aylıq əməkhaqqı 1695 dollardır. Böyük şəhərlərdə ikiotaqlı mənzili 400-450 dollara kirayəyə götürmək mümkündür. Təxminən 400 dollar iki adamın aylıq ərzağına gedər. Avtomobil varsa, benzinə çox pul getməyəcək. Aİ-91-in bir litri 26 sentdir. Paltara çox pul çıxmır. Dini qadın geyimi təxminən 27 dollara satılır. Dərsliklər 5-6 manatdan baha olmur.
İnternetin qiyməti sizi maraqlandırmaya bilməz. 2 gb mobil internetə 8 dollarınız çıxar. Əvəzində restoranlarda yemək ucuz başa gəlmir. İki adamın naharı üçün 100 dollar hesab gəlsə, təəccüblənməyə dəyməz.
Özünüz qiymət verin. İlk təəssürat belədir ki, evdə iki nəfər işləsə, normal dolanmaq mümkündür. Amma Səudiyyə Ərəbistanında qadınların məşğulluq faizinin aşağı olmasını unutmamalıyıq.