Səudiyyə Ərəbistanının MBC telekanalında yayımlanan "Atəş krallıqları" serialı qalmaqala səbəb olub.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, 40 milyon dollar büdcə ilə çəkilən serial ərəb ölkələrinin Osmanlı İmperiyası tərəfindən işğalından bəhs edir.
Serailın rejissoru "Osmanlı dövrünün dəhşət dolu tarixini ifşa etmək" istədiyini açıqlayıb. Türkiyə serialda tarixin təhrif olunduğunu hesab edir.
Qeyd edək ki, ərəb dünyasının ən böyük televiziya kanallarından olan MBC ötən il Türkiyə seriallarının yayımını dayandırdığını açıqlamışdı. Səudiyyə Ərəbistanı isə avqust ayında orta məktəb dərsliklərinə dəyişiklik edərək, Osmanlı İmperiyasını işğalçı güc olaraq təqdim edib.