Xəbər lenti

Səudiyyə kralı oğlunu yeni vəzifəyə təyin etdi
Dünya05:14 28.09.2022

Səudiyyə kralı oğlunu yeni vəzifəyə təyin etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səudu krallığın Baş naziri təyin edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Al-Arabiyya” telekanalı məlumat yayıb.
Bununla yanaşı, vurğulanır ki, Salman bin Əbdüləziz Əl Səudun şəxsən iştirak etdiyi hökumət iclasları onun (kral – red.) sədrliyi ilə keçiriləcək.
Həmçinin Səudiyyə Kralının fərmanı ilə Xalid bin Salman bin Əbdüləziz ölkənin müdafiə naziri təyin edilib.
Bu təyinatlardan əvvəl kral özü kabinetə rəhbərlik edib, vəliəhd isə Səudiyyə Ərəbistanının Baş nazirinin birinci müavini və müdafiə naziri olub.