Xəbər lenti

Səudiyyə vəliəhdindən "ölmədim" mesajı
Dünya07:52 19.05.2018

Səudiyyə vəliəhdindən "ölmədim" mesajı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səudiyyə vəliəhdi Məhəmməd İbin Salmanın ölümü barədə şayiələr yayılmışdı.
Qaynarinfo xəbər verir ki, ABŞ və Avropa səfərindən sonra 27 gün ərzində mediada görünməyən vəliəhdin öldürüldüyü deyilirdi. Hadisənin kral sarayı yaxınlığında atəş səsləri eşidilən gün baş verdiyi və dövlət çevrilişinə cəhd zamanı qətlə yetirildiyi iddia edilirdi. Bu xəbərlərdən sonra vəliəhdin ofis müdiri Bədr Əl Asakir "Twitter"də Məhəmməd İbin Salmanın Misir prezidenti Əbdülfəttah Əl Sisi, Bəhreyn əmiri Həmid İbin İsa Əl Xəlifə, Əbu Dabi əmiri Şeyx Məhəmməd İbin Zayid ilə səmimi fotosunu paylaşıb. Bu post vəliəhdin "ölmədim" mesajı kimi dəyərləndirilib.
Gülşən