
Səudiyyə Ərəbistanının şərqində, Qətif şəhərində məscid yaxınlığında partlayışı iki terrorçu-kamikadze törədib.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, insident iftar zamanı baş verib.
Terrorçuların üzərində olan partlayıcı qurğu naməlum səbəbdən vaxtından əvvəl işə düşüb. Hadisə nəticəsində məscidə və zəvvarlara ziyan dəyməyib.
Hadisə ilə bağlı hər hansı rəsmi məlumat hələ ki, verilməyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Mədinə şəhərində Peyğəmbər məscidi yaxınlığında terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 4 nəfər ölüb.
Qaynarinfo.az